Avro-2016-da millimizin oyunlarının təqvimi açıqlandı
23 Fevral 2014 Bazar 23:42
Millimiz ilk oyununu bu il sentyabrın 9-da Bakıda Bolqarıstana qarşı keçirəcək.
Avro-2016-nın seçmə mərhələsində H qrupunda mübarizə aparacaq Azərbaycan milli komandasının keçirəcəyi oyunların təqvimi məlum olub.

ANS PRESS-in məlumatına görə, millimiz ilk oyununu bu il sentyabrın 9-da Bakıda Bolqarıstana qarşı keçirəcək. Növbəti oyun isə İtaliya ilə çətin səfər qarşılaşmasıdır.

2014-cü il
9 sentyabr, saat 21:00
Azərbaycan – Bolqarıstan

10 oktyabr, saat 23:45
İtaliya – Azərbaycan

13 oktyabr, saat 23:45
Xorvatiya – Azərbaycan

16 noyabr, saat 21:00
Azərbaycan – Norveç

2015-ci il
28 mart, saat 21:00
Azərbaycan – Malta

12 iyun, saat 23:45
Norveç – Azərbaycan

3 sentyabr, saat 21:00
Azərbaycan – Xorvatiya

6 sentyabr, saat 21:00
Malta – Azərbaycan

10 oktyabr, saat 21:00
Azərbaycan – İtaliya

13 oktyabr, saat 23:45
Bolqarıstan – Azərbaycan


DOSTLARINLA PAYLAŞ:

oyunlar