Avro 2012 zamanı dopinqə nəzarət gücləndiriləcək
01 Mart 2011 Çərşənbə Axşamı 23:01
Avro 2012 zamanı dopinqə nəzarət gücləndiriləcək. UEFA stadionlarda dopinq-nəzarət məntəqələrinin yaradılması məsələsini nəzərdən keçirir.
Avropa Futbol İttifaqının Nyondakı mənzil qərargahında keçirilmiş görüşdə UEFA-nın antidopinq işçi qrupu idmanda dopinq əleyhinə mübarizədə sərt mövqe tutduğunu növbəti dəfə vurğulayıb. Doktor Jak Lyenarın sədrliyi ilə keçirilən görüşdə işçi qrupu UEFA-nın antidopinq fəaliyyətinin profilaktikası, əlaqələndirilməsi və nəzarətinin müxtəlif elementlərini müzakirə edib. Əsas diqqət gələn ilin yayında Polşa və Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionatına yönəldilib.

Logistika, görüşdən sonra futbolçuları dopinq prosedurlarına müşayiət edən şəxslərin öyrədilməsi, habelə Avropa çempionatının keçiriləcəyi bütün stadionlarda (Qdansk, Poznan, Varşava, Vrotslav, Donetsk, Xarkov, Kiyev və Lvovda) müəyyən tələblərə cavab verən dopinq-nəzarət məntəqələrinin yaradılması məsələləri müzakirə olunub.

Antidopinq orqanı komandaların öz futbolçularının olduğu yer barədə təqdimatının yeni prosedurunu müzakirə edib. Bu qayda turnirdən kənar yoxlamalar baxımından mövsüm ərəfəsində tətbiq olunub. İşçi qrupu qaydaların dəfələrlə pozulmasına, habelə futbolçuların harada olması barədə vaxtında xəbər verilməsi üzərində işlənməməsi ilə əlaqədar daha sərt sanksiyalar tətbiq olunmasını nəzərdə tutan yeniliyi bəyənib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar