Avro-2012: Xorvatiya İrlandiya 3-1
11 İyun 2012 Bazar Ertəsi 09:03
İspaniya və İtaliya gərgin keçən qarşılaşmada sülh bağlayıb.
Futbol üzrə Avropa çempionatında 3-cü oyun günü də geridə qalıb. ANS PRESS-in məlumatına görə, 3-cü oyun günündə C qrupunun qarşılaşmaları oynanılıb. Son Dünya və Avropa çempionları olan İspaniya komandası İtaliya kollektivini sınağa çəkib.

Qarşılaşmadan əvvəl hamı İspaniyanı favorit saysa da görüş 1-1 hesabı ilə başa çatıb. İtaliya yığmasının heyətində Antoni Di Natale, İspaniyadan isə Fransesk Fabreqas fərqlənib.
Qrupun digər görüşündə isə Xorvatiya İrlandiyanı 3:1 hesabı ilə məğlub edib. Xorvatiyadan Mandjukiç (2 qol) Yelaviç, İrlandiyadan isə Sent-Lecer fərqlənib.

Bu gün Avropa çempionaında növbəti möhtəşəm qarşılaşma baş tutacaq. D qrupunda yer almış İngiltərə və Fransa kollektivləri münasibətlərinə aydınlıq gətirəcəklər. Görüş Bakı vaxtı ilə 21:00-da start götürəcək. D qrupunun ikinci qarşılaşması isə 23:45-də oynanacaq. Ev sahiblərindən biri olan Ukrayna kollektivi İsveçlə qarşılaşacaq.







DOSTLARINLA PAYLAŞ:

oyunlar