Avro-2012 Runisiz keçirilə bilər
14 Oktyabr 2011 Cümə 15:47
UEFA futbolçuya qarşı sərt qərar qəbul edib.
İngiltərə yığma komandasının hücumçusu Ueyn Runi Avro-2012-nin ilk 3 oyununda iştirak edə bilməyəcək. ANS PRESS-in UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçunun cəza almasına səbəb onun Avro-2012-nin qrup mərhələsində Monteneqro yığması ilə görüşdə qırmızı vərəqə alması olub.

Qeyd edək ki, Runi 2:2 hesablı heç-heçə ilə nəticələnən qarşılaşmanın 74-cü dəqiqəsində Miodraq Cudoviçə qarşı kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandırmışdı. Ueyn Runi oktyabrın 11-də UEFA-ya məktub ünvanlayaraq cəzasını yüngülləşdirməyi xahiş etmişdi. Ancaq UEFA Nizam-İntizam Komitəsi Runinin xahişinə baxmayaraq bir oyunluq cəzanı daha da sərtləşdirərək diskvalifikasiyanı 3 oyunadək artırıb.

İngilislərin apellyasiya şikayəti etmək üçün üç gün vaxtı var. Əgər UEFA qərarını qüvvədə saxlasa o zaman İngiltərə yığmasının baş məşqçisi Fabio Kapello Runini ümumiyyətlə Avro-2012-yə aparmaya bilər. Belə ki, Ueyn Runi ən yaxşı halda Avro-2012-nin ¼ final mərhələsində komandasına kömək edə biləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar