Avro-2012-nin ən yaxşı pleymeykeri seçildi
02 İyul 2012 Bazar Ertəsi 14:19
Xavi qitə birinciliyi boyunca 620 “pas” verib.
İspaniya yığmasının üzvü Xavi geridə qalan Avro-2012-ə ən çox ötürmə verən futbolçudur. ANS PRESS-in məlumatına görə, futbolçunun aktivində 620 ötürmə var. Futbolçu bu ötürmələrdən 86 faizini dəqiq yerinə yetirib.

Qeyd edək ki, Xavi İrlandiya ilə matçda 136 ötürmə verərək bir oyunda ən çox ötürmə verən futbolçu ünvanına da sahib çıxıb. Bundan əvvəlki rekord Avro-1992-də hollandiyalı Ronald Kumana aid idi (117 ötürmə).


DOSTLARINLA PAYLAŞ:

oyunlar