Avro-2012-nin biletlərinin qiyməti açıqlanıb
15 Fevral 2011 Çərşənbə Axşamı 20:33
Ən ucuz bilet 30 avroya, ən bahalısı isə 600 avroya satılacaq
Avro-2012-nin final mərhələsinin biletlərinin qiyməti məlum olub. ANS PRESS-in UEFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, biletlərin qiyməti 30 avrodan 600 avroya kimi olacaq. Biletləri UEFA-nın saytından 1-31 mart 2011-ci il tarixinə kimi sifariş etmək olar. Futbol üzrə Avropa çempionatı 2012-ci ilin 8 iyunundan 1 iyuluna kimi Polşa və Ukraynada keçiriləcək.

Ən ucuz biletlər Avstriya və İsveçrədə keçirilən Avro-2008-in qiymətlərindən 50 faiz ucuz olacaq. Bundan başqa, üçüncü kateqoriya biletləri cəmi 50 avroya təklif ediləcək.

Çempionatın finalını izləmək istəyən azarkeşlər biletləri 350-600 avroya əldə edə bilər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar