Avro-2012-də 3-cü oyun günü: İspaniya İtaliyanı sınağa çəkəcək
10 İyun 2012 Bazar 12:39
Qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək
Bu gün futbol üzrə Avropa çempionatında üçünçü oyun gününə start verilir. ANS PRESS-in məlumatına görə, bu gün C qrupunda ilk turun oyunları baş tutacaq. Qrupun və ümumiyyətlə qitə birinciliyinin əsas favoriti olan İspaniya ilk turda əzəli rəqibi İtaliyanı sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Polşanın Qdansk “PGE Arena” idman qurğusunda oynacaq matçı macar hakim Viktor Koşşoi idarə edəcək. Qrupun digər oyunu isə Bakı vaxtı ilə 23:45-də start götürəcək. Polşanın Poznan şəhərinin “Meyski” staionunda oynanacaq İrlandiya-Xorvatiya matçını hollandiyalı referi Byorn Kuypers idarə edəcək.




DOSTLARINLA PAYLAŞ:

oyunlar