Avarçəkənimiz Aleksandr Aleksandrov Olimpiadanın yarımfinalına vəsiqə qazandı
31 İyul 2012 Çərşənbə Axşamı 15:25
Aleksandr Aleksandrov 6 dəqiqə 56 saniyə ilə 3-cü olub.
2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın akademik avarçəkəni Aleksandr Aleksandrov kişilər arasında 1 nəfərlik qayıqla (M1X) mübarizənin ilkin mərhələsini uğurla adlayıb. ANS PRESS-in məlumatına görə, təmsilçimiz 6 dəqiqə 56 saniyə ilə 1/4 finalı 3-cü başa vuraraq yarımfinala vəsiqə qazanıb.

Xatırladaq ki, avarçəkənimiz 2000 metr məsafəyə seçmə yürüş nəticəsində qrupda 6:49.81 nəticə göstərərək ikinci yeri tutmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar