Avarçəkənimiz Aleksandr Aleksandrov Olimpiadanın finalında
01 Avqust 2012 Çərşənbə 15:44
Aleksandr Aleksandrov yarımfinalı 3-cü yerdə başa vurub.
Azərbaycan idmançısı Olimpiadanın finalına vəsiqə qazandı. Bu gün 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın akademik avarçəkəni Aleksandr Aleksandrov kişilər arasında 1 nəfərlik qayıqla (M1X) mübarizəyə qoşulub. 22 yaşlı təmsilçimiz yarımfinal mərhələsində yarışı 3-cü başa vuraraq finala vəsiqə qazanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar