Atletlərimiz Avropa çempionatında iştirak edəcəklər
07 Sentyabr 2011 Çərşənbə 22:45
Sentyabrın 9-18-dək Buxarestdə gənclər arasında ağır atletika üzrə Avropa çempionatı keçiriləcək.
Sentyabrın 9-18-dək Rumıniyanın paytaxtı Buxarestdə gənclər arasında ağır atletika üzrə Avropa çempionatı keçiriləcək.

Ölkəmizi baş məşqçi Xanlar Nəbiyev və məşqçi Azad Nurməmmədovun rəhbərliyi altında - Firudin Quliyev, Nicat İbrahimov (hər ikisi 69 kq), Kamran İsmayılov (77 kq), Mirhüseyn Hüseynov (85 kq) və Rauf Nəbiyev (62 kq) təmsil edəcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar