Atletimiz Sərdar Həsənov Olimpiadada 3-cü oldu
31 İyul 2012 Çərşənbə Axşamı 19:41
Sərdar Həsənov ümumi göstəricidə 321 kq nəticə göstərib.
Bu gün Azərbaycanın ağırlıqqaldırma üzrə yığmasının üzvü, 69 kq çəki dərəcəsində yarışan Sərdar Həsənov mübarizəyə qoşulub. İdmançımız birdənqaldırma yarışlarında öncə 135, son anda 138 kq sifariş edib. Sərdar ilk cəhdində bu ağırlığı qaldırmağı bacarıb. İkinci cəhdində isə 145 kq sifariş verib və bunun da öhdəsindən gəlib. Lakin 3-cü cəhddəki 150 kq Sərdar üçün əlçatmaz olub. Nəticədə atletimiz liderdən 3 kq geri qalaraq, II yerə şərik olub.
Təkanla qaldırmada isə Sərdar ilk cəhddə 167 kq çəkinin, ikinci cəhddə isə 176 kq-ın öhdəsindən gəlib. İdmançımız 3-cü cəhhdə 181 kq sifariş etsə də, bu çəkini başı üzərinə qaldıra bilməyib.
Ümumi göstəricidə 321 kq nəticə göstərən Sərdar "B" qrupunda 3-cü yeri tutub.
DOSTLARINLA PAYLAŞ: