Atletimiz Avropa çempionatının qalibi oldu
10 İyun 2009 Çərşənbə 11:20
Oleq Panyutin qüsurlu idmançılar arasında keçirilən Avropa çempionatında qızıl medal qazanıb

 

Azərbaycan idmançısı Yunanıstanın Rodos şəhərində qüsurlu idmançılar arasında keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, uzunluğa tullanma növündə çıxış edən Oleq Panyutin bütün rəqiblərini üstələyərək Avropa çempionatının qızıl medalını qazanıb. Bu növdə yarışan digər idmançımız Vladimir Zayats isə dördüncü olub.

Qeyd edək ki, Azərbaycan Avropa çempionatında baş məşqçi Sergey Təhməzovun rəhbərliyi altında 5 idmançı ilə təmsil olunur. İyunun 4-da start götürən Avropa çempionatı ayın 14-də başa çatacaq. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar