“Atletiko” “Deportivo”ya qalib gəldi
12 Dekabr 2010 Bazar 04:20
Diyeqo Forlan penaltini qola çevirə bilməsə də, Serxio Aquero onun səhvini dublla düzəldib
İspaniypa çemionatının 15-ci turu çərçivəsində “Atletiko” klubu öz meydanında “Deportivo”nu məğlub edib. “Visente Kalderon” stadionundakı qarşılaşma 2:0 hesabı ilə başa çatıb.

Oyunun 5-ci dəqiqəsində Serxio Aqueroya qarşı kobudluq edilib və qonaqların qapısına penalti təyin edilib. Amma Diyeqo Forlan bu imkandan yararlana bilməyib. Bundan 3 dəqiqə sonra Serxio Aquero komandasını hesabda irəli çıxara bilib. O, birinci hissənin ortalarında dubla imza atıb və hesab arasındakı fərqi ikiyə çatdırıb.

“Atletiko” bu turdan sonra 23 xal toplayıb və turnir cədvəlində 6-cı pilləyə yüksəlib. Hesabında 17 xalı olan “Deportivo” isə 12-ci yerdədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar