“Atasport” liderliyini qoruyub saxlayır
05 Oktyabr 2009 Bazar Ertəsi 17:05
Qadınlar arasında otüstü hokkey üzrə Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib
Qadınlar arasında otüstü hokkey üzrə Azərbaycan çempionatı davam edir. Bu turda Otüstü Hokkey Federasiyasının meydanında paytaxtın “Atasport” və Lənkəranın “Xəzər” komandası üz-üzə gəlib. Bakılılar çempionluğa iddialı olduqlarını inamlı oyunları ilə sübut edib. Cənub təmsilçisini həm oyun, həm də təcrübədə üstələyən “Atasport” rəqibini 10:0 hesabı ilə darmadağın edib.
Günün digər görüşündə də böyükhesablı nəticə qeydə alınıb. “Bakı” kollektivi Qusarın “Şahdağ” klubunu 8:0 hesabı ilə məğlub edib.
Çempionatda 7 turdan sonra “Atasport” 15 xalla turnir cədvəlinə başçılıq edir. 2-3-cü yerləri isə aktivində 12 xalı olan “Bakı” və Nizami rayonunun ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq gənclər idman məktəbinin komandası bölüşür.
4-cü yeri tutan “Xəzər”in aktivində cəmi 4 xal var. Qusarın “Şahdağ” komandası isə keçirdiyi bütün görüşlərdə məğlub olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: