Ata oğlu ilə mübarizə aparacaq
20 Noyabr 2009 Cümə 13:15
Məşqçisi olan Fikrət Yılmaz oyunçu Burak Yılmaza qarşı
Türkiyə futbol çempionatının növbəti turu çərçivəsində keçiriləcək “Ankaragücü” - Eskişeherspor“ qarşılaşması əlamətdar hadisə ilə yadda qalacaq. Belə ki, bu matçda ata öz oğlu ilə mübarizə aparacaq.
“Ankaragücü”nün köməkçi məşqçisi olan Fikrət Yılmaz “Eskişeherspor”da forma geyən oğlu Burak Yılmazla üz-üzə gələcək. Fikrət Yılmaz oğlu Burakla qürur duyduğunu bildirib: “Burakın yaxşı futbolçu olması üçün əlimdən gələni etdim. İndi doğma oğluma rəqib olmuşam”-deyə “Ankaragücü”nün köməkçisi qeyd edib.
O, “Ankaragücü”nün “Eskişeherspor” üzərində qələbə qazanacağına əmin olduğunu vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: