Asiya Çempionlar Liqası başlayır
09 Mart 2009 Bazar Ertəsi 13:30
32 komanda hərəsində 4 komanda olmaqla 8 qrupda mübarizə aparacaq

 

Həyəcanla gözlənilən futbol üzrə Asiya Çempionlar Liqası (AFC) martın 10-da başlayır. Komandalar hərəsində 4 komanda olmaqla 8 qrupda mübarizə aparacaq. Sabah A, B, E və F qruplarında, martın 11-də isə C, D, G və H qruplarında ilk tur matçları keçiriləcək.

Çempionlar Liqasında A qrupunda mübarizə aparan Özbəkistanın "Paxtakor" klubu ilk turda səfərdə Birləşmiş Ərəb Əmirliklərinin "Al Ahli" klubu qarşılaşacaq. D qrupunda yer alan Özbəkistanın digər klubu "Bunyodkor" isə martın 11-də öz meydanında Səudiyyə Ərəbistanının "Al İttifaq" klubu qəbul edəcək. Martın 10-da start götürəcək Asiya Çempionlar Liqası, iyunun 24-də keçiriləcək final matçı ilə başa çatacaq.

Qeyd edək ki, 2008-ci il Asiya Çempionlar Liqasını qalibi Yaponiyanın "Qamba Osaka" klubu olub. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar