Asim Xudiyev Portuqaliyaya yollanır
18 Mart 2010 Cümə Axşamı 16:45
Həmyerlimiz Asim Xudiyev futzal üzrə UEFA kubokunun püşkatmasında iştirak edəcək.
Portuqaliyanın paytaxtı Lissabon şəhərində yerləşən “Estadio da Luz” stadionunda martın 27-də Portuqaliya çempionatı çərçivəsində “Benfika” – “Braqa” oyunu keçiriləcək.

Bu oyunun fasiləsi zamanı futzal üzrə UEFA Kubokunun “Dördlər finalı”nın püşkü atılacaq. AFFA-dan verilən məlumata görə, püşkatma mərasimində həmyerlimiz Asim Xudiyev də iştirak edəcək.

Xatırladaq ki, “Dördlər finalı”nda təmsilçimiz “Araz”, Portuqaliyanın “Benfika”, İtaliyanın “Luparense” və İspaniyanın “İntervyu” komandaları mübarizə aparacaq. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar