Asim İbrahimov Turan klubuna yeni baş məşqçi təyin edildi
06 May 2011 Cümə 13:15
Asim İbrahimov bundan sonra Tovuz təmsilçisini çalışdıracaq.
“Turan” peşəkar futbol klubuna yeni baş məşqçi təyin olunub. “Turan” klubundan ANS PRESS-ə verilən məlumata görə, ardıcıl 4 məğlubiyyətdən sonra istefaya göndərilən türkiyəli baş məşqçi Naci Şensoyun yerinə “Turan” uşaq futbol məktəbinin rəhbəri Asim İbrahimov təyin olunub. Bundan sonra Asim İbrahimov komandanı məşqə çıxaracaq.

Xatırladaq ki, Asim İbrahimovdan əvvəl kluba başçılıq edən Naci Şensoy dekabr ayının sonlarında “Turan”a baş məşqçi təyin olunmuşdu. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar