“Arsenal” və “Mançester Siti” “sülh bağladı”
06 Yanvar 2011 Cümə Axşamı 02:40
“Çelsi” isə autsayder qarşısında sensasiyalı məğlubiyyətə uğradı
Futbol üzrə İngiltrə çempionatının 22-ci turu çərçivəsində Londonun “Arsenal” klubu öz meydanında “Mançester Siti”yə gələ bilməyib. “Topçular” rəqibin qapısında çoxsaylı qol vəziyyətləri yaratsalar da, Co Harta qapısını toxunulmaz saxlaya bilib. İlk hissədə “Arsenal”ın oyunçularının zərbələrindən sonra top üç dəfə qapı dirəyindən geri qayıdıb. Bununla belə, Arsen Vengerin yetirmələri fərqlənə bilməyiblər. Bu oyundan sonra “Arsenal” 21 oyunda 40 xal toplayıb. Çempionatda 22 oyun keçirən “Mançester Siti”nin isə 42 xalı var. Komandalar turnir cədvəlində 2-3-cü yerləri bölüşdürürlər.

Paralel qarşılaşmada “Nyukasl” “Vest Hem”i darmadağın edib. Leon Besta (18,39,60-cı dəqiqələr), Kevin Nolan (45) və Peter Lovenkrandsın qolları ilə “Nyukasl” 5:0 hesablı qələbə nqazanıb.

“Çelsi” isə sensasiyalı şəkildə turnir cədvəlinin sonuncu pilləsində olan “Vurverhemton”a uduzub. Oyunda yeganə qolu 5-ci dəqiqədə Stiven Fletçer vurub. Bu məğlubiyyət “Çelsi”nin çempionluq uğrunda mübarizədə uğur əldə edə biləcəyini ciddi təhlükə altına salıb. Karlo Ançlottinin yetirmələri 22 oyunda 35 xal toplayıblar. Turnir cədvəlinə liderləik edən “Mançester Yunayted” isə 20 oyunda 44 xal qazanıb.

Turun digər qarşılaşmalarının nəticələri:

“Blekbern” - “Liverpul” - 3:1;
“Everton” - “Tottenhem” - 2:1;
“Aston Villa” - “Sanderdend” - 0:1;
“Bolton” - “Uiqan” - 1:1.


DOSTLARINLA PAYLAŞ:

oyunlar