“Arsenal” və “Benfika” qrup mərhələsinə çıxdı
25 Avqust 2011 Cümə Axşamı 02:23
“Rubin” isə mübarizəni Avropa Liqasında davam etdirəcək
UEFA Çempionlar Liqasında sonuncu təsnifat mərhələsinin cavab oyunları keçirilib. ANS PRESS-in məlumatına görə, keçirilən beş qarşılaşmanın nəticəsinə görə, “Benfika” (Portuqaliya), BATE (Belarus), “Arsenal” (İngiltərə), “Viktoriya” (Çexiya) və “Lion” (Fransa) Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanıblar.

Günün qarşılaşmaları:

“Benfika” - “Tvente” 3:1 (ilk oyun 2:2)

“Şturm” - BATE 0:2 (ilk oyun 1:1)

“Udineze” - “Arsenal” 1:2 (ilk oyun 0:1)

“Viktoriya” - “Kopenqagen” 2:1 (ilk oyun 3:1)

“Rubin” - “Lion” 1:1 (ilk oyun 1:3).


DOSTLARINLA PAYLAŞ:

oyunlar