Arsenal qalib gəldi
20 Dekabr 2009 Bazar 00:20
Bu qələbədən sonra London klubu Arsenal İngiltərə çempionatında üçüncü yerə yüksəlib
Londonun “Arsenal” klubu İngiltərə çempionatının 18-ci turunda “Hall Siti”yə qalib gəlib. Oyun 3:0 hesabı lə başa çatıb.

“Arsenal”dan Denilson (45-ci dəqiqə), Eduardo da Silva (59), Abu Diabi (80) fərqlənib. Start heyətində meydana çıxan Andrey Arşavin 83 dəqiqə ərzində qol vura bilməsə də, məhsuldar ötürmə ilə yadda qalıb.

Qələbə Arsen Vencerin komandasına 35 xal toplamağa və turnir cədvəlinin üçüncü yerinə yüksəlməyə imkan verib. “Aston Villa”nın da xallarının sayı eynidir. Qeyd edək ki, “Arsenal” bir oyun az keçirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar