“Arsenal” mərakeşli futbolçunu heyətinə qatıb
22 May 2010 Şənbə 13:20
Marian Şamah İngiltərədə çıxış edəcək.
Londonun “Arsenal” klubu heyətinə mərakeşli futbolçu Marin Şamahı cəlb edib. Futbolçu Fransanın “Bordo” klubundan İngiltərəyə azad agent statusu ilə gəlib.

“Şamah yüksək səviyyəli hücumçudur. Onun İngiltərə çempionatında uğur qazanması üçün hər bir imkan var. Biz Şamahın timsalında çox güclü bir futbolçuya sahib olmuşuq”, - deyə “Arsenal”ın baş məşqçisi Arsen Venger bildirib.

Xatırladaq ki, Marian Şamah “Bordo”nun heyətində çıxış etdiyi 8 il ərzində 293 matçda meydana çıxaraq 79 qola imza atıb. Futbolçu Mərakeş yığmasının heyətində də 53 oyunda meydana çıxaraq 27 qol vurub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar