“Arsenal” “Çelsi”ni məğlub etdi
28 Dekabr 2010 Çərşənbə Axşamı 02:30
“Zadəganlar” iki dəqiqədə iki qol buraxdılar
Futbol üzrə İngiltərə çempionatında Yeni il qabağı turun mərkəzi oyununda “Arsenal” öz meydanında “Çelsi”ni məğlub edib. Bu qələbədən sonra “topçular” 18 oyundan sonra xallarını 35-ə çatdırıblar və turnir cədvəlinin ikinci pilləsinə yüksəliblər. Turnir cədvəlinə 17 oyunda 37 xal toplayan “Mançester Yunayted” liderlik edir. “Mançester Siti”nin 17 oyundan sonra 35, “Çelsi”nin isə 18 oyundan sonra 31 xalı var.

London derbisinin birinci hissəsində təhlükəli vəziyyətlərin sayı az olmayıb. Hesab birinci hissənin sonlarında açılıb: Aleksandr Sonq “Çelsi”nin cərimə meydançasından dəqiq zərbə ilə komandasını hesağda irəli çıxarıb.

İkinci hissədə “göylər” iki dəqiqə ərzində iki qol buraxıblar. Əvvəlcə Sesk Fabreqas Teo Uolkottun ötürməsindən sonra fərqlənib. Daha sonra isə onlar funksiyalarını dəyişiblər Sesk Fabreqasdan ötürmə alan Teo Uolkott hesab arasındakı fərqi üç topa çatdırıb. “Çelsi” təsəlli qolunu 57-ci dəqiqədə vura bilib: Bronislav İvanoviç fərqlənib.

Qeyd edək ki, “Arsenal” və “Çelsi” növbəti oyunlarını sabah keçirəcəklər. “Arsenal” səfərdə “Uiqan”la qarşılaşacaq, “Çelsi” isə öz meydanında “Bolton”u qəbul edəcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar