“Arsenal” “Barselona”nı məğlub etdi
17 Fevral 2011 Cümə Axşamı 02:08
“Şaxtyor” isə səfərdə “Roma”ya qalib gəlib
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində növbəti oyunlar keçirilib.

Londonda yerli “Arsenal” və İspaniyanın “Barselona” klubları qarşılaşıblar. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Hesağı “Barselona” açıb. David Vliya fərqlənib. Lakin kataloniyalılar üstünlüyü qoruya bilməyiblər. “Arsenal” Van Persi və Andrey Arşavinin qolları ilə oyunu öz xeyirinə dəyişə bilib.

Romada isə “Roma” və Ukraynanın “Şaxtyor” komandaları qarşılaşıblar. Bu oyun qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. “Şaxtyor”un heyətində Jadson, Koşta və Adriano, “Roma”dan isə Menez və Perotta fərqləniblər.








DOSTLARINLA PAYLAŞ:

oyunlar