"Arsenal" amerikalıya qismət oldu
11 Aprel 2011 Bazar Ertəsi 17:41
Londok klubunun səhmlərinin 32,9 faizini Sten Kronke alıb
İngiltərənin “Arsenal” klubu 220 milyon funt sterlinq (248,69 milyon avro) müqabilində səhmlərinin 32,9 faizinin amerikalı biznesmen Sten Kronkenin nəzarəti altına keçməsinə razılıq verib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Sten Kronkenin sahibi olduğu “Kroenke Sports Enterprises” şirkəti bunadək “Arsenal”ın səhmlərinin 29,99 faizinə sahib idi. “Arsenal” klubunun digər ən böyük səhmdarı isə “Red & White Holdings” vasitəsi ilə London komandasının səhmlərinin 27 faizini əldə edən özbəkəsilli Rusiya iş adamı Əlişir Usmanovdur.
Xatırladaq ki, “Arsenal” klubu 1886-cı ildə yaradılıb. Klub hazırda İngiltərə çempionluğu uğrunda “Mançester Yunayted” və “Çelsi” klubları ilə amansız mübarizə aparır.
DOSTLARINLA PAYLAŞ: