Arşavin 45 yaşlı azərbaycanlı sevgilisindən danışdı
28 İyun 2013 Cümə 10:28
Mətbuatda çap olunanlar gülüşdən başqa heç nə doğurmur.
Rusiya yığmasının keçmiş kapitanı, “Zenit”lə 2 illik müqavilə bağlayan Andrey Arşavin idman, uğurları və yeni komandaya keçidi barədə müsahibə verib. ANS PRESS-in verdiyi xəbərə görə, bu barədə “Sport-express” saytı məlumat verib.
Doğma şəhərində olmasından qurur keçirdiyini deyən 32 yaşlı futbolçu yenidən yığmaya qayıtmaq istədiyini bildirib.
Şəxsi həyatı ilə bağlı sualı cavablandırmaq istəməyən futbolçu bununla bağlı mətbuatda çap olunanların gülüşdən başqa bir şey olmadığını bildirib: “Bu mövzuda danışmaq istəmirəm. Doğrudur bununla bağlı mətbuatda çap olunanlar gülüşdən başqa heç nə doğurmur. O cümlədən Leyla Dauninqlə ümumiyyətlə tanış deyiləm. “45 yaşlı azərbaycanlı xanımla məhəbbət macərası”na gəlincə, bu çox dərin fantaziyadır, onun sahibi yalnız bulvar romanları yazmalıdır. Nə baş vermişdi və hazırda baş verənlər haqqında nə vaxtsa danışa bilərəm. Amma bu gün dəqiq buna hazır deyiləm”.
Sizinçün futbol nədir sualına gəlincə, Arşavin bunu belə dəyərləndirib: qol vurmaq, ötürmələr etmək və oynamaq.
DOSTLARINLA PAYLAŞ: