Arif İsayev Türkiyə çempionatında qol vurdu
09 Aprel 2013 Çərşənbə Axşamı 09:29
Arif İsayev "Adanaspor"un qapısına yol tapıb.
Azərbaycanlı futbolçu Arif İsayev futbol üzrə Türkiyə çempionatının Iliqasında fərqlənib. ANS PRESS-in məlumatına görə, futbolçumuz "Dənizlispor"un heyətində səfərdə "Adanaspor"un qapısına yol tapıb. Futbolçumuzun qolu heç nəyi dəyişməyib. "Dənizlispor" səfərdə rəqibinə 1:2 hesabı ilə uduzub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar