Arif Əsədov maraqlı təklif verib
20 Aprel 2011 Çərşənbə 19:09
Arif Əsədov: “Flavinyo kimi səviyyəli legioner millimizə faydalı ola bilər”.
"Çox şadıq ki, Flavinyo növbəti dəfə ayın ən yaxşı oyunçusu seçildi. Bizim futbolçular bu mövsüm fərdi şəkildə özlərini ən yaxşı tərəfdən göstərməyi bacarırlar. Bu da məni sevindirməyə bilməz". Bunu jurnalistlərə "Neftçi"nin baş məşqçisi Arif Əsədov deyib. Əsədov fevralın ən yaxşısı seçilən Rauf Əliyevi də təbrik edib: "Rauf Əliyevi təbrik etmək istərdim. Bu, Qurban Qurbanovun yerli oyunçularla işləməklə belə istedadlı futbolçuları üzə çıxarmasının bariz nümunəsidir. Rauf "Qarabağ"ın oyunlarında da özünü yaxşı tərəfdən göstərməyi bacarır".
Əsədov yetirmələrinin ayın ən yaxşısı seçilməsində böyük rolu olan səs verənlərə təşəkkür edib: "Səhv etmirəmsə, 6-7-ci dəfə keçirilən bu mükafatlandırmada artıq 3-cü dəfədir "Neftçi"nin futbolçusu ən yaxşı seçilir. Bu da komandamızın göstərdiyi yaxşı, sabit oyunla bağlıdır. Komandanın, futbolçunun ilboyu sabit oynaması vacibdir. Düzdür, oyunçunun fərdi keyfiyyətlərinin, ustalıq səviyyəsinin də rolu var. Bunun uğurlu çıxışda böyük rolu var. Ancaq bütün futbolçuların əməyini də qeyd etmək istərdim".
Arif Əsədov Flavinyonun millisizə xeyir verəcəyini düşünür: "Flavinyo kimi səviyyəli legioner millimizə faydalı ola bilər. Onun Azərbaycan millisində oynaması "Neftçi" rəhbərliyinin işidir. Bir azərbaycanlı kimi düşünürəm ki, Flavinyo və onun kimi oyunçular millimizə çox lazımdır". ANSPRESS
DOSTLARINLA PAYLAŞ: