Arif Əsədov azarkeşlərə maraqlı oyun vəd etdi
25 Noyabr 2010 Cümə Axşamı 21:10
"Hər şey qaydasındadır"
"Qarabağ" - "Neftçi" oyunları həmişə maraqlı olub. Bu qarşılaşmalar bütün çempionatlar boyu gərgin və prinsipial alınıb". Bu sözləri Fanat.az-a açıqlamasında "Neftçi"nin baş məşqçisi Arif Əsədov deyib. Əsədov "Qarabağ"ın güclü komanda olduğunu bildirib: "Biz xal ehtiyatımızı mütləq artırmalıyıq. "Qarabağ" da son oyunlarda məğlub olub. Amma bu komanda həm komanda baxımından, həm sistem baxımından həmişə ön sırada olan komandalardandır. Onların da bu oyuna motivasiyası böyükdür".

Baş məşqçi azarkeşlərə gözəl oyun vəd edib: "Futbolsevərləri gözəl, maraqlı oyun gözləyir. Hazırlıq öz qaydasında gedir, necə ki, başqa oyunlara hazırlaşmışıq, bu oyuna da elə hazırlaşırıq. Hər şey qaydasındadır".



DOSTLARINLA PAYLAŞ:

oyunlar