Argentinalı tennisçinin zədəsi sağalmır
16 May 2009 Şənbə 16:05
Devid Nalbandian 4 ay idmandan uzaq qalacaq

 

Dünya tennisçilərinin reytinq siyahısında 15-ci sırada yer alan argentinalı tennisçi Devid Nalbandian ombasındakı zədəsini təzələyib. Argentinalı tennisçinin ötən ay keçirilən Barselona Açıq Tennis Turnirində ombasındakı zədənin yenidən özünü büruzə verməsi səbəbindən 4 ay idmanla məşğul olmayacağı açıqlanıb.

Nalbandianın bu zədə səbəbindən iyun ayında “Devis Cup” ¼ final mərhələsi çərçivəsində keçiriləcək Argentina-Çexiya qarşılaşması başda olmaqla, bu mövsüm keçiriləcək Fransa Açıq, Vimbeldon və Amerika Açıq qrand-slam yarışlarında iştirak etməyəcəyi bildirilir.

Nalbandianın müalicəsini bir müddət Barselonada davam etdirəcəyi, daha sonra öz ölkəsinə dönərək bərpa kursu keçəcəyi bildirlir.

Qeyd edək ki, argentinalı tennisçi zədə səbəbindən bu həftənin əvvəlində Portuqaliyanın Estoril şəhərində keçirilən turnirə də qatıla bilməmişdi.  /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar