Ardaya şok təklif
18 Dekabr 2012 Çərşənbə Axşamı 17:23
Türk futbolçuya gözlənilmədən "Liverpul"dan təklif gəlib
"Atletiko" (Madrid) forması ilə azarkeşləri özünə heyran qoyan türkiyəli Arda Turana şok təklif gəlib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, ən son transfer təklifini oyunçuya İngiltərənin "Liverpul" komandası göndərib.

"Liverpul"un baş məşqçisi Brendan Rodqers komandadan ayrılmaq istəyən Stüvart Douninqə çətinlik törətməyəcəyini deyib. Məlumata görə, artıq o hədəflərində olan Arda Turanı öz heyətinə cəlb etmək üçün hərəkətə keçib.

Futbolçunun meneceri Əhməd Bulut da açıqlamasına Ardann yeni bir təcrübə, yeni liga və komandada uğur qazanmaq istədiyini deyib. O, transferin mövsümün sonunda gerçəkləşə biləcəyini deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar