Arda Turana elçi düşüblər
23 May 2013 Cümə Axşamı 20:54
Yaxın vaxtlarda transferlə bağlı danışıqlar müsbət nəticələnəcəyi gözlənilir.
"Qalatasaray" futbol klubu "Atletko" Madridin türkiyəli futbolçusu Arda Turana elçi düşüb. ANS PRESS-in məlumatına görə, bu barədə keçmiş futbolçu və idman şərhçisi Sinan Engin Bəyaz TV-də yayımlanan "Bəyaz futbol" proqramında açıqlama verib. Onun sözlərinə görə, "sarı-qırmızılar" Arda Turana çox yüksək məbləğ təklif ediblər. Yaxın vaxtlarda transferlə bağlı danışıqlar müsbət nəticələnəcəyi gözlənilir.
DOSTLARINLA PAYLAŞ: