Arda Turan türkləri qorxuya saldı
03 Noyabr 2011 Cümə Axşamı 07:14
Futbolçu Arda Turan ın qəzaya düşməsi xəbəri ictimaiyyəti təşvişə salıb.
“TRT-3” tele-kanalında türkiyəli futbolçu Arda Turan və sevgilisi Sinem Kobalın İspaniyada avtomobil qəzasına düşməsi və vəziyyətlərinin ağır olması barədə xəbər ölkə ictimaiyyətini həm təşvişə salıb, həm də kədərləndirib.

Bir müddət sonra isə NTV-də telefonla canlı efirə qoşulan Ardanın meneceri Əhməd Bulud bu xəbərin doğru olmadığını, ulduz futbolçunun məşqdə olduğunu deyib: “Qətiyyən elə bir şey yoxdur. Arda hal-hazırda əynində forması məşq edir, saban matçda iştirak edəcək. Hər hansı bir avtomobil qəzası baş verməyib”.

Xatırladaq ki, Türkiyənin ulduz futbolçusu Arda Turan bir müddətdir İspaniyanın “Atletico Madrid” komandasına transfer olub və hələlik karyerasına bu ölkədə davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar