Arda Turan görüşden bir neçe gün evvel verdiyi söze emel edib.
Ötən gün İspaniya kral kubokunu klubu “Atletiko” Madridlə bərabər başı üzərinə qaldıran Arda Turan, görüşdən bir neçə gün əvvəl verdiyi sözə əməl edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Arda Turan “Atletiko”nun kral kubokunu qaldıracağı təqdirdə saçlarını kəsdirəcəyini deyib və oyun başa çatan kimi saçlarını kəsdirib. Ən maraqlısı da odur ki, Ardanın saçlarını bərbər yox, soyunub-geyinmə otağında bütün komanda yoldaşları kəsiblər.
Daha sonra yeni saç düzümü və ya keçəl görüntüsü ilə kameralar qarşısına çıxan Arda, maraqlı açıqlama da verib. “Hamı bilsin ki, Arda Turan verdiyi sözə həmişə sadiqdir. Mənim saçlarımı komanda yoldaşlarım kəsdi”