Arda Turan rekord qiymete qalxdı
20 Sentyabr 2013 Cümə 04:48
Atletico Madrid türk futbolçu Arda Turan ile müqavilesini 2017-ci ile kimi uzadıb.
"Atletico Madrid" türkiyəli futbolçu Arda Turanın müqaviləsini 2017-ci ilə kimi uzadıb. ANS PRESS-in "CNN Türk"ə istinadla verdiyi məlumata görə, futbolçunun bonservis dəyəri 41 milyon avro müəyyən edilib. İspaniya klubu bu qərarını internet səhifəsindən elan edib.

Xatırladaq ki, A.Turan iki il öncə 12 milyon avro bonservislə İspaniya klubuna transfer olmuşdu. Onun bir mövsümlük qazançı isə 3,7 milyon avrodur.

İspanca danışa bilmədiyi üçün mətbuat konfransı keçirməyən Arda Turan klubun saytına verdiyi açıqlamasında çox xoşbəxt olduğunu deyib. ""Atletico"nun 2 il formasını geyindikdən sonra özümü bu ailənin bir hissəsi kimi hiss edirəm. Birlikdə qazandığımız uğurlar üçün komanda yoldaşlarıma təşəkkür edirəm".


DOSTLARINLA PAYLAŞ:

oyunlar