Arda Turan penaltini qaçırmasının səbəbini açıqladı
07 Sentyabr 2011 Çərşənbə 02:52
Arda Turan: Gözlərimi qamaşdırdılar.
Avstriya yığması ilə qarşılaşmanın 90-cı dəqiqəsində penaltini qola çevirə bilməyən Arda Turan oyundan sonra verdiyi açıqlamada bundan təəssüfləndiyini bildirib. Onun sözlərinə görə, futbolda hər bir oyunçunun penalti qaçıra bilər: “Futbolda belə şeylər olur. Amma çox təəssüflənirəm. Avstriyanı mübarizədən kənarlaşdırdıq. Öz oyunumu uğurlu hesab edirəm. 2008-ci ildə bu qapıya penaltidən qol vurmuşdum. Lakin bu dəfə alınmadı. Bununla belə, nə olur-olsun önəmli bir nəticə əldə etdik. Komanda olaraq bu uğuru əldə etmək üçün çox enerji sərf etdik”.

Türkiyə millisinin ulduzu Almaniya ilə gözlənilən qarşılaşmaya da toxunub: “Almaniya qrupun favoriti olsa da, biz onların da öhdəsindən gələ bilərik. Ümid edirəm ki, öz meydanımızda Almaniya ilə oyunda qalib gələcəyik”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar