Arda Turan nişanlanır
23 Dekabr 2012 Bazar 13:22
Futbolçu Arda Turan nişanlanır evlilik yolunda ilk addımı atır.
Türkiyəli futbolçu, "Atletiko Madrid"in şərəfini qoruyan Arda Turan nişanlanır. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Turan sevgilisi Sinem Kobal ilə sabah evlilik yolunda ilk addımı atacaq. Sevgilisini ailəsindən istəyəcək futbolçunu ailə yaxınları ilə bərabər Fatih Terim də müşayiət edəcək. Qız istəmə mərasimindən sonra evdə nişan olacaq.

Cütlüyün toyunun isə may ayında olması planlaşdırılır. Futbolçu nigah şahidliyi üçün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğa müraciət etmiş, nazir isə bu barədə düşünəcəyini demişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar