Arda Turan nişanlandı
25 Dekabr 2012 Çərşənbə Axşamı 01:49
Arda Turan nişanlanıb. Fatih Terim nişana qatılmayıb.
Madridin “Atletiko” klubunun şərəfini qoruyan türkiyəli futbolçu Arda Turan nişanlanıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, futbolçu dörd ildir birlikdə olduğu sevgilisinin evinə gedib. Onu 20-yə yaxın qohumu və yaxını müşayiət edib. “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim nişana qatılmayıb. Sinem Kobalın yaşadığı evə dörd çiçək buketi aparılıb. İki cangüdənlə gələn Arda Turan jurnalistlərdən çəkiliş aparmamağı xahiş edib. O, bu istəyini belə izah edib: “Ailəmdə mühafizəkar insanlar var. Onların mətbuatda yer almasını istəmirəm. Maşınların nömrələri də görünür. Təhlükəsizlikləri baxımından bunu lazım bilmirəm”.

Evdəki üzüklər taxıldıqdan sonra hər iki ailə əylənmək üçün şəhərə çıxıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar