Arda Turan donuz qripi olub
18 Noyabr 2009 Çərşənbə 18:35
Futbolçu Arda Turan donuz qripi olub. O noyabrın 23-dək müalicə olunacaq.
“Qalatasaray” klubunun kapitanı Arda Turan “donuz qripi”nə yoluxub. İstanbul klubunun rəsmi internet saytında yer alan məlumata görə, Arda bu gün hərarət və halsızlıq əlamətləri ilə həkimə müraciət edib. Müayinədən sonra məşhur futbolçuda A/H1N1 virusu aşkar edilib.
Səhhətinin normal olduğu bildirilən futbolçu 23 noyabr tarixinədək müalicə olunacaq.
Arda Turan 22 noyabrda oynanılacaq "Qalatasaray"- “Manisaspor” qarşılaşmasında iştirak etməyəcək.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: