Arda Turan komanda yoldaşları ilə birlikdə Gangnam Style mahnısını həm oxuyub, həm də oynayıb.
Türkiyə milli komandasının ulduz futbolçusu, hazırda İspaniyanın “Atletico Madrid” komandasında oynayan Arda Turan sevincini qeyri-adi şəkildə nümayiş etdirib. Arda Turan komanda yoldaşları ilə birlikdə qatarda səyahət edərkən “You-Tube”nin fenomeni “Gangnam Style” mahnısını həm oxuyub, həm də oynayıb. Futbolçuların sevincinin səbəbi isə komandalarının İspaniya “Kral kuboku”nun finalına çıxması olub. Futbolçuların bu şəkildə rəqs etməsini bəzi sərnişinlər telefonla çəkərək internetdə paylaşıb.