Arda Turan Barselona klubuna keçir
19 Mart 2014 Çərşənbə 13:03
Arda Turan Barselona klubunun transfer siyahısın düşüb.
 ANS PRESS-in məlumatına görə, kataloniya klubunun baş məşqçisi Gerardo Martines türkiyəli oyunçunun transferi üçün rəhbərliyə təlimat hazırlayıb.

Argentinalı mütəxəssi Arda ilə birlikdə bir mərkəz, dörd müdafiə və iki forvet oyunçusu transferinin daha edilməsini istəyib.

İddialara görə, Gerardo Martinesin siyahısında Arda Turan ön sıralarda yer alır. Argentinalı məşqçinin Ardadan başqa "Atletiko Madrid"dən Filipe Luisin də almaq istədiyi bildirilir.

"Borussiya Dortmund"dan İlkay Gündoğan və Neven Subotiçi də istəyən Tata Martinonun "Estudiantes"dən Santiaqo Vergini və "Botafoqo"dan Doriayı "Barselona"ya transfer etməyi düşünür.

Martinonun forvet xətti üçün düşündüyü adlar isə Serxio Aqüero və "Latsio" forması geyən Miroslav Klosedir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar