Arda Turan Bakıda
29 Aprel 2013 Bazar Ertəsi 09:59
Dieqo Simeone, Arda Turan və Ardamel Falkao media nümayəndələri önünə çıxacaqlar.
"Atletiko" (Madrid) klubunu "Bakı" futbol klubunun dəvəti ilə Azərbaycana gələcək. ANS PRESS-in məlumatına görə, komanda üzərinə "Land of Azerbaijan" həkk olunan təyyarə ilə səfərə başlayıb. 29 aprel tarixinin səhərini şəhər gəzintisinə ayıran ispan qonaqlar nahardan sonra "Bakı" futbol klubunun təlim-məşq bazasında planlaşdırılan avtoqraf party və foto sessiyaya qatılacaqlar.

Eyni məkanda mətbuat konfransı təşkil olunacaq. Media nümayəndələri önünə Dieqo Simeone, Arda Turan və Ardamel Falkao çıxacaqlar.

İspaniyanın və dünyanın ən tanınmış klubları sırasında yer alan "Atletiko" (Madrid) 30 aprel 2013-cü il tarixdə "Bakı" futbol klubunun Ulduzlar komandası ilə yoldaşlıq oyunu keçirəcək. Futbol bayramı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 19.00-dan start götürəcək konsert proqramı ilə başlanacaq. Zülfiyyə Xanbabayeva, Ədalət Şükürov, Brilliant Dadaşova futbol azarkeşlərinin önünə çıxacaqlar.



DOSTLARINLA PAYLAŞ:

oyunlar