Arda Turan Azərbaycan millisinə qarşı oynaya bilməyəcək
06 Oktyabr 2010 Çərşənbə 02:45
Almaniyadakı məşqdə zədələnən futbolçu Arda Turan altı həftə futbodan uzaq qalacaq.
Türkiyə millisinin ulduz futbolçusu Arda Turan zədələnib. O, Almaniyada mətbuata və azarkeşlərə açıq məşqdə heç bir müdaxilə olmadan qasıq nahiyəsində ağrılar hiss etməyə başlayıb. Arda Turan məşqi yarımçıq saxlamalı olub.
Məşqin keçirildiyi meydançada Türkiyə Futbol Federasiyasının preidenti Mahmud Özgener və milli komandanın həkimi Çingiz Dinçlə gəzişən futbolçu sonradan xüsusi maşınla türkiyəli futbolçuların qaldığı otelə aparılıb. Keçirilən müayinələrdən sonra Arda Turanın 6 həftə meydanlardan uzaq qalacağı açıqlanıb.
Qeyd edək ki, Türkiyə millisi 2012-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Almaniya, oktyabrın 12-də isə Azərbaycan yığmaları ilə qarşılaşacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: