Arda Londondan imtina edir?
19 Avqust 2010 Cümə Axşamı 17:40
"Atletiko" klubu futbolçu Arda üçün 15 milyon avro ödəməyə hazırdır.
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Arda Turan İspaniyanın “Atletiko” klubunun maraq dairəsinə düşüb. Madrid klubunun futbolçu üçün “Qalatasaray”a 13-15 milyon avro dəyərində müqavilə təklif edəcəyi gözlənilir.

23 yaşlı futbolçu üçün Madrid klubunun yaxın günlərdə “Qalatasaray” komandasına rəsmi təklif ünvanlayacağı gözlənilir.

Xatırladaq ki, bir müddət əvvəl “Qalatasaray”ın prezidenti Adnan Polat Ardanın heç bir kluba satılmayacağını bildirsə də, futbolçunun klubundan ayrılacağı barədə söz-söhbətlər hələ də səngimək bilmir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar