Arda La Liqadan bezib
16 Dekabr 2012 Bazar 16:49
Türkiyəli futbolçu Arda “Atletiko”dan ayrılmaq istəyir.
“Atletiko”nun futbolçusu Arda Turanın meneceri Əhmət Bulut yarımmüdafiəçi haqqında maraqlı açıqlama verib. apasport.az saytının məlumatına görə, Türkiyə televiziyalarının idman proqramlarının birində qonaq olan menecer, Ardanın növbəti mövsümdə Madrid klubundan ayrılacağını bildirib:

“Arda iki mövsümdür ki, “Atletiko”nun şərəfini qoruyur. Mən onun digər bir ölkənin komandasında top qovmasını istəyirəm. O da mənim kimi bunu çox istəyir. Bununla bağlı artıq işlərə başlamışam. Madrid klubunun rəsmiləri də bundan xəbərdardırlar və onlarla bu haqda söhbətləşmişəm. Əgər mövsümün sonuna qədər hər şey öz yolunda gedərsə, onda Arda “Atletiko”dan ayrılacaq”.

Qeyd edək ki, Əhmət Bulut Arda Turanla yanaşı Əmrə Bəlözoğlu, Gökan Törə və Rikardo Kuareşma kimi məşhur futbolçuların meneceridir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar