Arda Ərdoğandan üzr istəyib
17 Yanvar 2011 Bazar Ertəsi 12:25
“Qalatasaray”ın kapitanı Arda baş nazirlə telefonla danışıb.
“Qalatasaray” klubunun kapitanı Arda Turan Türkiyənin baş naziri RəcəbTayyib Ərdoğandan komandasının adından üzr istəyib.

Buna səbəb “Türk Telekom Arena” stadionun açılışında bir qrup azarkeşin ona qarşı etiraz şüarları səsləndirməsi olub. Futbolçu Ərdoğanla telefonla danışıb.

Xatırladaq ki, “Qalatasaray” klubunun ev oyunlarını keçirdiyi yeni “Türk Telekom Arena”nın açılışına baş nazir Rəcəb Tayyib Ərdoğan da qatılmışdı. Baş nazir stadionun girişində bir qrup azarkeş tərəfindən etirazla qarşılanıb və açılış mərasimini yarımçıq tərk edib.

Daha sonra məsələyə münasibət bildirən baş nazir azarkeşlərə səslənərək bildirib ki, yeni stadionun tikintisinə "Qalatasaray" klubu bir qəpik belə xərcləməyib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar