“Araz” yenə çempiondur
16 May 2011 Bazar Ertəsi 15:10
Naxçıvan təmsilçisi yeddiqat ölkə çempionu olub
Futzal üzrə ölkə çempionatının yüksək liqasında sonuncu – XX turun 1 oyunu keçirilib. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, “Araz” turnir cədvəlində ən yaxın izləyicisi olan “Neftçi” İSM komandasını 6:5 hesabı ilə məğlub edib. Bu nəticədən sonra “Araz” 7-ci dəfə Azərbaycan çempionu adını qazanıb.

Xatırladaq ki, “Araz” klubunun tarixində ən böyük nailiyyəti UEFA kubokunun 2009/2010 mövsümündə final mərhələsinə vəsiqə qazanması olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar