Araz və Ekol klubları finala qalıb
03 May 2011 Çərşənbə Axşamı 18:04
Həlledici oyun «Araz» və «Ekol» komandaları arasında keçiriləcək.
Futzal üzrə ölkə kubokunun finalçıları müəyyənləşib. AFFA mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yarımfinal mərhələsində «Araz» 8:3 hesabı ilə «Azmetko»nu, «Ekol» isə 7:5 hesabı ilə «Neftçi» İSM komandasını məğlub edib.

«Araz» və «Ekol» komandaları arasında final oyunu mayın 11-də, saat 17:00-da, ABU Arena İdman Kompleksində keçiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar