“Araz” Serbiyanın “Kolubara” klubu ilə qarşılaşacaq
02 Oktyabr 2009 Cümə 16:55
“Araz” Serbiyanın “Kolubara” klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 21:00-da başlayacaq.
Bəlli olduğu kimi dünən Xorvatiyanın Pula şəhərində futzal üzrə UEFA kuboku start götürüb. Yarışda ölkəmizi “Araz” futzal klubu təmsil edir. AFFA-dan verilən məlumata görə, ilk görüşdə Kiprin “Omoniya” klubunu 4:1 hesabı ilə məğlub edən “Araz” bu gün növbəti oyununu keçirəcək.

Komandamızın rəqibi Serbiyanın “Kolubara” klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, “Araz” UEFA kubokunda 5-ci qrupda mübarizə aparır. Bu qrupdakı oyunlar Pula şəhərindəki “Mate Parlov” İdman Kompleksində keçirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar