Araz klubu Basketbol üzrə Azərbaycan çempionu oldu
28 May 2011 Şənbə 18:15
Naxçıvan təmsilçisi “Araz” qələbəni bayram edib.
Basketbol üzrə Azərbaycan çempionatında mövsümə yekun vurulub. Yarışın ali mükafatları uğrunda “Qala” və “Araz” klubları üz-üzə gəlib. Həlledici mərhələnin ilk oyununda rəqibini 103:65 hesabı ilə məğlub edən “Araz”, ikinci qarşılaşmada da bu üstünlüyünü əldən verməyib.

Oyunun əsas vaxtı 107:107 hesabı ilə başa çatsa da, qalibi müəyyənləşdirmək üçün əlavə 5 dəqiqədə “Araz” qələbəni bayram edib. 118:116. Bu nəticədən sonra Naxçıvan təmsilçisi çempionatın ali mükafatlarına yiyələnib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar